1 avqust 2013 19:45
Rəvandan 10-cu rəsmi transfer (FOTO)
Yeni mövsümdə daha da iddialı olacaq "Rəavn” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün növbəti transferi rəsmiləşdirib.
Söhbət Rəşad Abdullayevin keçidindən gedir. 31 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə "aslan” olacaq.
Qeyd edək ki, Rəşad komandanın bu yay heyətinə qatdığı 10-cu futbolçu oldu. Daha öncə Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov, Bəxtiyar Soltanov, Kamil Nurəhmədov, Elnur Abdulov, İvan Pexa və Sebastyan Kastro-Telyo "sarı-qırmızı” rənglərə bağlanmışdı.
