1 avqust 2013 20:25
Türkiyə klubunda üçüncü azərbaycanlı futbolçu (FOTO)
Türkiyənin “Kahramanmaraşspor” klubu daha bir futbolçumuzu heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, türk klubu qapıçı Davud Kərimini baxışa çağırıb.
“Neftçala”nın formasını geyinən Kərimi artıq “Kahramanmaraşspor”ın düşərgəsində baxışdan keçir. Qolkiper özünü yaxşı tərəfdən göstərə bilsə, yeni mövsümdə PTT Birinci Liqada oynayacaq. O, bu gün komandanın “Orduspor”la yoxlama oyununda forma geymək şansı da qazanıb.
Qeyd edək ki, Davud əvvəllər MOİK, “Muğan”, “Rəvan” kimi klublarda oynayıb. 28 yaşlı qapıçıdan başqa hazırda “Kahramanmaraşspor”da Fərid Quliyevlə Murad Axundzadə çıxış edir.
