1 avqust 2013 23:16
Per Olsson: Heç-heçəyə çox yaxın idik
İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu, klassik səfər oyunu idi. Biz heç-heçə etməyə çox yaxın idik. Amma sonda bir qol buraxdıq. Yaxşı komandaya qarşı oynadıq. Qol buraxandan sonra artıq başa düşdük ki, buna cavab verə bilməyəcəyik”.
