1 avqust 2013 23:21
AFFA prezidenti Qarabağın futbolçularını təbrik etdi
AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın futbolçuları ilə görüşüb. Azerisport.az xəbər verir ki, sözügedən görüş Avropa Liqasının üçüncü təsnifat mərhələsinin İsveç “Gefle”si ilə ilk oyunundan sonra baş tutub.
Abdullayevlə yanaşı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qarabağ”ın prezidenti Abdulbari Gözəl də komandanın futbolçuları ilə görüşüb. Onlar Qurban Qurbanovu və yetirmələrini qələbə münasibətilə təbrik ediblər, cavab oyununda uğurlar arzulayıblar.
