1 avqust 2013 23:52
Rövnəq Abdullayev: Qarabağ Gefleni keçə bilər
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Gefle” matçından (1:0) sonra jurnalistlərin bəzi suallarını cavablandırıb. Azerisport.az onun həmin açıqlamaları ilə sizi də tanış edir.
- Oyunla bağlı nə deyə bilərsiz?
- Oyundan razı qaldım. “Qarabağ” yaxşı oyun sərgilədi. Komanda daha çox hücum edirdi. Daha çox qol vura bilərdilər. Mən hətta erkən qol gözləyirdim. Lakin artıq bunun əhəmiyyəti yoxdu. Əsas odu ki, qələbə qazandılar.

- Ağdamlıların heyətində kimi xüsusi qeyd edərdiniz?
- Heç kimi fərqləndirmək istəmirəm. Çünki “Qarabağ” bir ailədi. Onlar həmişəki kimi, yenə də komanda oyunu sərgilədilər.
- Heç kimi fərqləndirmək istəmirəm. Çünki “Qarabağ” bir ailədi. Onlar həmişəki kimi, yenə də komanda oyunu sərgilədilər.
- Cavab görüşündən nə gözləyirsiniz?
- Hər şeyin yaxşı olacağını düşünürəm. “Qarabağ” növbəti mərhələyə adlaya bilər.
- Hər şeyin yaxşı olacağını düşünürəm. “Qarabağ” növbəti mərhələyə adlaya bilər.
- Azərbaycanın avrokuboklardakı sonuncu təmsilçisinin qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiz?
- Şans həmişə var. Amma hadisələri qabaqlamaq lazım deyil. Öncə bu mərhələni keçmək lazımdı.
- Şans həmişə var. Amma hadisələri qabaqlamaq lazım deyil. Öncə bu mərhələni keçmək lazımdı.
- Yığmamızın baş məşqçisi Berti Foqts son dövrlər Almaniya mətbuatına maraqlı açıqlamalar verir. Sonuncu dəfə o, bildirib ki, klub məşqçiləri ilə son görüşündə aralarında narazılıq yaranıb və o, toplantını tərk edib...
- Foqtsla bağlı tələsmək lazım deyil. Onun hələ AFFA ilə müqaviləsi var və bunun başa çatmasını gözləyirik.
- Guya DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarında nəsə dəyişə bilər?
- Siz ondan nə gözləyirdiniz ki? Hansı nəticəni? Onun rəhbərliyi altında yığmamız seçmə mərhələlərdə rekord sayda xal topladı. Öncə bu seçmə mərhələnin başa çatmasını gözləmək lazımdı. Ondan sonra hər şeyi müzakirə edərik.