1 avqust 2013 11:53
Mahmud Qurbanov: Qarabağa arxayınlaşmaq olmaz
“Kəpəz”in sabiq baş məşqçisi Mahmud Qurbanov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Gefle”si ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qarabağ”ın “Gefle”yə qalib gəlmək üçün yaxşı şansı var. Ağdam klubu daha təcrübəlidi. Bu üzdən komandamız azarkeşləri sevindirməlidi. Artıq komandada oyunun taleyini təkbaşına həll edə biləcək futbolçular da artıb. Mənə elə gəlir ki, “Qarabağ” ev oyununda bu komandanı məğlub edəcək. Amma arxayınlaşmaq olmaz. Çünki İsveç klubu heç də zəif komanda deyil. Bir həftə sonra necə olacaq, onu da oyun özü göstərər”.
