1 avqust 2013 12:02
Xəzər Lənkərandan heç-heçə (FOTOLAR)
“Sumqayıt”la səfər oyunu öncəsi Lənkəranda məşqlərini davam etdirən “Xəzər Lənkəran” bu gün əsas meydanda ikitərəfli yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, əvəzedici heyətin 5 futbolçusunun da daxil olduğu qatışıq heyət 45 dəqiqə ərzində bir-birinə qarşı mübarizə aparıb.
Əsasən gənc futbolçuların toplaşdığı komanda Nildonun qolu ilə məğlub duruma düşsə də, son dəqiqələrdə Ağabala Ramazanovun penalti zərbəsi ilə bərabərliyi təmin edə biliblər.
Sabah komanda daha bir belə ikitərəfli oyun keçirəcək.
