2 avqust 2013 00:03
Qarabağın prezidenti: Bu mərhələni keçsək, Qurbanovun arzuladığı istənilən oyunçunu alacağıq
“Qarabağ”ın prezidenti Abdulbari Gözəl Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ”ı artıq bütün Avropada və dünyada tanıyırlar. Bu qələbədən sonra daha yaxşı tanıyacaqlar. Biz əvvəlki kimi, bundan sonra da komandanı yaxından dəstəkləyəcəyik. Ümid edirəm ki, uğurlarımızın davamı olacaq. Əgər komanda bu mərhələni keçsə, Qurban Qurbanovun arzuladığı istənilən transferi həyata keçirəcəyik”.