1 avqust 2013 12:25
Ruslan Abışov Danimarkada: futbolçumuzun meydana çıxmaq şansı artdı (VİDEO)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə növbəti oyununa çıxacaq.
Həmyerlimizin komandası bu mərhələdə “Randers”lə mübarizə aparır. Kazanlılar artıq bu komanda ilə səfər oyunu üçün Danimarkadadılar. Yığmamızın üzvü də səfərə aparılıb. Lakin “Rubin” Danimarkaya heç də bütün əsas heyət oyunçularını aparmayıb. Ona görə bu görüşdə Ruslan Abışovun da meydana çıxmaq şansı xeyli yüksəkdi.
Rusiya klubunun Danimarkaya səfərindən hazırlanmış kiçik videoreportajı təqdim edirik.
