2 avqust 2013 00:35
Sadıqov: Geflenin müdafiə xəttini yarmaq çox çətin idi
“Qarabağ”ın kapitan Rəşad Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İsveçlilər çox yaxşı müdafiə olunurdular. Onların müdafiə xəttini keçmək bizim üçün çətin idi. Fikrimcə, cavab matçında işimiz daha çətin olacaq. Həm də biz ölkə çempionatının ilk turunda “İnter”lə oyunumuzun təxirə salınacağını gözləyirdik. Lakin belə olmadı. Ona görə biz daha çox güc sərf etməli olacağıq”.
