1 avqust 2013 12:44
Qarabağ - Gefle matçına 6 min bilet satılıb
“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə ilk oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 6 000 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin artması istisna deyil.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Sundsvallda baş tutacaq.
