2 avqust 2013 00:41
Qarabağın 21 zərbəsindən biri dəqiq oldu
Avrokuboklardakı yeganə təmsilçimiz olan “Qarabağ” ötən gecə Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Gefle”si ilə oyununu keçirdi. Azerisport.az xəbər verir ki, bütün oyun ərzində üstünlüyə malik olan Ağdam klubu yalnız son dəqiqələrdə bir qol vura bildi.
Bu görüşün statistik göstəricilərini təqdim edirik:
Qarabağ – Gefle – 1:0
Qapıya zərbələr (çərçivəyə): 21 (7) – 1 (0)
Korner: 5-2
Ofsayd: 1-2
Sarı vərəqə: 0-0
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 5-11
