1 avqust 2013 13:39
Milinko Pantiç Bakının futbol akademiyasının üzvlərini çempionat üçün sifariş etdirir
“Bakı”nın baş məşqçisi Milinko Pantiç klubun futbol akademiyasının bəzi üzvlərini əsas komandaya cəlb etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis belə futbolçulardan bir neçəsini ölkə xaricindəki təlim-məşq toplanışına da aparmışdı.
Onları bəyənən yeni baş məşqçi həmin futbolçuların xidmətindən yeni mövsümdə yararlanmaq niyyətindədi. Bu üzdən də əsas komandaya yararlı olduğunu isbatlayan Vadim Abdullayevlə Vüqar Bəybalayevin adı klubun Peşəkar Futbol Liqasına təqdim edəcəyi iştirak ərizəsinə salınması nəzərdə tutulub.
Pantiç Elton Hüseynovu da bəyənib. Lakin onun sifariş olunub-olunmayacağı barədə yekun qərar hələ ki, veyilməyib.
