2 avqust 2013 00:56
Mövsüm başladı, çempion ilk oyunda uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında yeni mövsümün startı verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutub.
İlk turun açılış oyununda son mövsümün çempionu "Bakı" klubu doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Oyunun gedişində dönüş yarada bilən qonaqlar matçda 4:2 hesabı ilə qalib gəliblər.
Əvəzedicilərin çempionatı
1-ci tur
1 avqust
Bakı - Qəbələ - 2:4
Qollar: Raul Yaqubzadə, 3; 16 - Ehtiram Şahverdiyev, 44; 52; Əziz Hüseynov, 50; Elnur Mustafazadə, 85.
