2 avqust 2013 01:07

Qurban Qurbanov: Səfərdə vuracağımız qol bizə çox böyük üstünlük qazandıracaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Çox ağır oyun alındı. Lakin fikrimcə, belə bir oyunun son dəqiqələrində qol vurmağımız çox əla oldu. Çətin rəqibimiz var. Daha çox müdafiə olunurlar. Onlar demək olar ki, son dəqiqələrə qədər bizə heç bir boşluq vermədilər. Düzdü, hücumlarımız çox oldu. Amma onların yalnız birindən yararlaan bildik. Yəqin ki, bizə bir qədər daha soyuqqanlı olmaq lazım idi. Oyunun sonlarında daha sürətli oynamağa çalışdıq. Rəqibə isə hücumda oynamağa imkan vermədik. Nəticədə yaxşı qol vurduq.
 
- Cavab oyunundan nə gözləyirsiz?
- Bizi çox çətin oyun gözləyir. Onlar Bakıda biz gözlədiyimiz kimi oynadılar. Səfərdə isə daha diqqətli oynamalıyıq. Əgər “Anorthosis”i 4:0 hesabıyla məğlub edə biliblərsə, deməli, güclüdülər. Hazırlıq üçün vaxtımız azdı. Çünki qarşıda “İnter”lə çempionat oyunumuz da var. İstənilən halda, səfərdə də layiqli oyun sərgiləməyə çalışacağıq.
 
- Siz yenə də Nikolas Gelaşviliyə güvənməkdən davam edirsiz. Niyə?
- Hələ oyun gedərkən başa düşdüm ki, siz bunu məndən soruşacaqsız. Gelaşvili adi oyunçu deyil. Onun karyerasına baxın. Biz onun komandaya nə vaxt tam uyğunlaşacağını bilmirik. Bu, futboldu. Bu gün onda alınmır, sabah hər şeyə dəyişə bilər.
 
- Bu qələbəni sizin aktivinizə yazmaq olar? Çünki hücum məhz sizin ötürmənizdən sonra başladı... (meydanı tərk edən topu məhz Qurbanov saxlayaraq autdan oyuna daxil etmək üçün futbolçusuna vermişdi)
- Yox, uşaqlar məndən daha yaxşı oynadılar (gülür).
 
- Sizə elə gəlmir ki, Muaremlə Gelaşvilinin start heyətdə meydana çıxması yanlış qərar idi?
- Onlar əllərindən gələni edirlər. Bilirsiz ki, Reynaldonun da zədəsi var idi. Həkimlər ona yalnız 15-20 dəqiqə oynamağa icazə verdilər. Bu gün problemimiz cinah oyunçularımız olan Vüqar Nadirovla Reynaldonun yoxluğu idi. Buna görə də Leroy Corcu sağ cinahda oynatmağa məcbur olduq. Pis təsir bağışlamadı. Muarem isə çoxdan idi oynamırdı. Onu da başa düşmək lazımdı ki, belə qapanan komandalara qarşı yaxşı oyun sərgiləmək çətin olur.
 
- Çumbinyonun oyunu barədə nə deyə bilərsiz?
- Mən Çumbinyonun 45 dəqiqə oynamağa hazır olmadığını düşünürdüm. Amma o, pis təsir bağışlamadı.
 
- Mərhələ keçmək şanslarınız nə dərəcədə yüksəkdi?
- “Qarabağ”ın favorit hesab edirəm. Səfərdə vurulacaq qol bizə çox kömək edəcək. Amma bir problem var. Polşa “Piast”ında bir ucaboy hücumçu var idisə, “Gefle”də iki elə oyunçu var. Onlar “ikinci mərtəbə”də çox rahat oynayırlar. Ona görə biz cavab oyununda onların qapı qarşısına asmalar etməsinə mümkün qədər imkan verməməliyik.
 
- Sizə elə gəlmir ki, komandaya bir qədər də güclənmək lazımdı?
- Bizə transfer lazımdı. Çempionatın və kubokun təqvimini nəzərə alsaq, buna ehtiyacımız çoxdu. Lakin biz bir-iki transfer də etsək, onda gərək yerli futbolçulardan imtina edək. Çünki legioner limiti var, bu, problem yarada bilər. Mümkündü ki, sadəcə yarımmüdafiə xəttini gücləndirməyi xahiş edim.
 
- Əvvəlki oyunlardan fərqli bu dəfə Tofiq Bəhramov adına stadiona xeyli azarkeş də toplanmışdı...
- Qələbənin 50 faizində pay sahibi fanatlardı. Çox möhtəşəm dəstək verdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.