1 avqust 2013 13:28

David Fallman: Qarabağın Gefledən daha güclü olduğunu düşünmürəm

İsveçin “Gefle” klubunun müdafiəçisi David Fallmanın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la ilk oyun öncəsi azerisport.az saytına müsahibəsi
 
- Yəqin ki, Azərbaycanda ilk dəfədi olursuz?
- Bəli. İndiyə qədər mənim kimi komanda yoldaşlarımdan da heç kim ölkənizdə olmamışdı. Yeni ölkə, yeni şəhər görmək çox maraqlıdı.
 
- “Qarabağ”ın necə futbol oynadığını artıq bilirsiz?
- Yenicə onların bəzi oyunlarına baxmışıq. Amma “Qarabağ” barədə çox şey bildiyimi deyə bilmərəm. Ümid edirəm ki, məşqçilər korpusunun rəqib haqda bildikləri daha çoxdu və onlar bizə düzgün istiqamət verə biləcəklər.
 
- Gördüklərinizə əsasən komandamız barədə nə deyə bilərsiz?
- Nəyisə bəyəndiyimi deməzdim. Bütövlükdə, yaxşı, intizamlı komandadı. Fikrimcə, bizi heç də asan oyun gözəyir. Bakıdakı qarşılaşma daha çətin olacaq?
 
- İlk oyun üçün hədəfiniz nədi?
- Şübhəsiz ki, qələbə qazanmaq istəyirik. Başa düşürük ki, buna nail olmaq çox çətin olacaq. Hər halda ilk oyun çox şeyi göstərəcək. Mənim özümə də maraqlıdı.
 
- Baş məşqçiniz mətbuat konfransında bildirdi ki, “Qarabağ” bizi əksər komponentlərdə üstələyir...
- Mümkündü ki, futbolçularınızın bəzisi fərdi ustalığına görə bizi üstələsin. Amma komanda planında mən belə düşünmürəm.
 
- İstisna deyil ki, bu oyunu 20 mindən çox azarkeş izləsin. Bu, sizə problem yaratmayacaq?
- Bizim ev oyunlarımızda adətən 4-5 min azarkeş olur. Bu qədər fanatı hələ görməmişəm. Yəqin ki, ilk dəfə belə bir halın şahidi olacağıq. Amma şəxsən mənim üçün bu, problem deyil. Əksinə, bu qədər insanın gözü qarşısında oynamaq daha xoş olacaq. Əminəm ki, komanda yoldaşlarım da eyni düşüncədədi.

- Siz stadiona həmişə telefonla çıxırsız?
- Xeyr (gülümsəyir). Sadəcə, Tofiq Bəhramov adına stadionun görüntüsünü çəkmək istəyirdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.