2 avqust 2013 01:29
Millimizin üzvü darmadağında iştirak etmədi
Türkiyənin “Eskişehirspor” klubu Avstriya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi komanda bu dəfə yerli “Wienerberg” klubu ilə qarşılaşıb.
Görüş 9:1 hesabıyla Türkiyə klubunun xeyrinə başa çatıb.
Baş məşqçi Ertoğrul Sağlam millimizin üzvünə bu oyunda şans verməyib.
