1 avqust 2013 14:03
“Qarabağın Gefle ilə oyununda azarkeşlərin yaxşı dəstəyini görmək istərdim”
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Gefle”si ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qarabağ” bu mövsüm avrokuboklardakı son ümidimizdi. Komanda ən azından Polşa “Piast”ına qarşı səfərdə mübarizə apardığı kimi oynamalıdı. Azarkeşlərin də yaxşı dəstəyini görmək istərdim. Fikrimcə, komandamız üçün ən vacib amil qol vurub, buraxmamaqdı”.
