1 avqust 2013 14:31
Milinko Pantiç: Qəbələnin zəif yerlərini bilirik
Topaz Premyer Liqasının 1-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlaşan “Bakı” bu gün səhər saatlarında daha bir məşqə çıxıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam edib.
Milinko Pantiç “Qəbələ” ilə oyun barədə bunları deyib: “Rəqibimizin heyətində yaxşı hücuma meyilli futbolçular mövcuddu. Bununla yanaşı “Qəbələ”nin zəif yerlərini də bilirik”.
Xatırladaq ki, Topaz Premyer Liqasının ilk turu avqustun 2-də, saat 18:30-da “Bakı” klubunun təlim-məşq bazasının stadioununda start götürəcək.
