1 avqust 2013 15:29
Qəbələ Bakı ilə oyuna Bakıda hazırlaşır (FOTO)
Avstriya toplanışının ardından "Bakı" matçının hazırlıqlarını Qəbələdə davam etdirən "qırmızı-qaralar" doğma məkanda 3 günlük məşqdən sonra paytaxta yollanıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi ilə Bakıya gələn komanda bu gün axşam saatlarında "Bakı"nın təlim-məşq bazasında keçirəcəyi sonuncu məşqlə matşın hazırlıqlarını tamamlayacaq.
Hazırlıq prosesində zədəsi olan Nuran Qurbanov iştirak etməyəcək.
