1 avqust 2013 16:05
Türkiyə klubu Cavadovu heyətinə qatmaq istəyir
Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu ölkənin PTT Birinci Liqasında mübarizə aparan “Bucaspor” həmyerlimizlə yaxından maraqlanır.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran jurnalistlərə açıqlamasında bildirib ki, heyəti gücləndirmək üçün Cavadovu transfer etmək istəyirlər: "Bu barədə Vaqif Cavadovla danışıqlarımız davam edir".
Qeyd edək ki, bu transfer baş tutarsa, Vaqif həmin klubda oynayan yeganə azərbaycanlı futbolçu olmayacaq. Belə ki, "Bucaspor" bu yay "Qaradağ Lökbatan"ın futbolçu Ramal Hüseynovu da transfer edib.
