1 avqust 2013 16:32
Simurqun istədiyi futbolçu Rapidə keçdi
“Simurq”un düşərgəsində baxışda olmuş Raul Kostin Zaqatala klubu ilə anlaşa bilməyib. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Kostin Buxarest “Rapid”i ilə anlaşıb. O, artıq yeni klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, “Vaslui” klubundan gələn futbolçu “Simurq”dan baxışdan keçmiş və baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilmişdi. Zaqatala klubu onunla müqavilə bağlamaq istəyirdi. Lakin görünür tərəflər son anda anlaşa bilməyiblər.
