1 avqust 2013 17:15
Azərbaycan - Malta oyununa bilet satışı davam edir (VİDEO)
Xəbər verdiyimiz kimi, avqustun 14-də, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Malta yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində əldə etmək olar. Biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-di.
