1 avqust 2013 17:56

Əfran İsmayılov: Bakı ilk turdan qələbələri sıralamağa başlamalıdı

“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- Komandanızın Avstriya toplanışını necə dəyərləndirə bilərsiz?
- Hər şey planlaşdırıldığı kimi keçdi. Fiziki hazırlığa daha çox üstünlük verilirdi. Bu, nə qədər ağır olsa da, çempionatda bizim xeyrimizə işləyəcək.
 
- Milinko Pantiç əksər futbolçuların yükləmələrdən narazı olduğunu deyir...
- Bəli, belə hallar olurdu. Əsasən də gənc oyunçularla. Hələ o deyirdi ki, gənclər qaçmır, “qocalar” isə əksinə. Amma məncə burda ciddi heç nə yoxdu. Çünki əksər futbolçular istirahətdən yenicə qayıtmışdılar.
 
- Sizcə, komanda mövsümün startına tam hazırdı?
- Tam olmasa da, 95 faiz hazırdı. Bəzi oyunçular var ki, onların da tam özünə gəlməsi lazımdı. İlk turdan qələbə qazanmağa başlamalıyıq.

- Startda sizi “Qəbələ” ilə oyun gözləyir. Bu komandanı da yeni mövsümə Yuri Syomin hazırlayıb...
- Syominin rəhbərliyi altında onlar yoxlama oyunlarında yaxşı nəticələr qazanıblar. Bu, “Qəbələ”nin necə ciddi hazırlaşmasından xəbər verir. Yaxşı transferlər həyata keçiriblər. Yəqin ki, onlar da yeni mövsümdə yüksək yerlər uğrunda mübarizə aparacaqlar.

- Qarşıda Azərbaycan yığmasının Malta ilə yoxlama oyunu da var. Bu komanda barədə nəsə bilirsiz?
- Xüsusi məlumatım yoxdu. Amma istənilən halda onları qiymətləndirməmək olmaz. Yoldaşlıq oyunu olsa da, doğma meydanda qələbəyə oynamalıyıq. Azərbaycan yığmasının azarkeşlərini qələbə ilə sevindirməyi çox istəyirik.
 
- Maltalılar DÇ-2014-ün seçmə mərhələsindəki son oyununda Ermənistanı səfərdə məğlub edib – 1:0. Bu amil sizin üçün əlavə motivasiya yaratmır ki?
- Bu, o qədər də önəmli məqam deyil. Ermənistanın özünə qarşı oynasaydıq, bu, prinsipial hesab oluna bilərdi. Amma maltalılara onlara qalib gəldiklərinə görə əhsən düşür. Biz də Malta yığmasına qalib gəlməyə çalışacağıq. Lakin sadəcə Ermənistanla oyuna görə yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.