2 avqust 2013 19:45
Yığmamız yeddi cavabsız qola üzüldü
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində Avstriya yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun 7:0 hesabı ilə Avstriya komandasının xeyrinə başa çatıb.
Yığmamız növbəti oyununu avqustun 4-də, Bakı vaxtı ilə saat 21:00-da Polşa komandasına qarşı keçirəcək.
