2 avqust 2013 19:08
Cari mövsümün ilk qolunu legioner futbolçu vurdu
Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün ilk qolunun müəllifi məlum olub. Azerisport.az xəbər verir ki, bu, “Bakı”nın litvalı hücumçusu Mindauqas Kalonasdı.
O, “Qəbələ” ilə oyunun 11-ci dəqiqəsində fərqlənərək Topaz Premyer Liqasında yeni mövsümün ilk qoluna imza atıb.
