2 avqust 2013 21:05
Yuri Syomin: Komandam bunu anladı və qələbə qazandı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 1-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mənə görə, iki fərqli hissə oldu. İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra isə ötürmələrdə səhvlər etmədik. Bu, Premyer Liqanın ilk oyunu idi, səfər oyunu idi. Komandam bundan irəli gələn məsuliyyəti anladı və qələbə qazandı”.
