2 avqust 2013 21:15
Milinko Pantiç: Qalib gəlməli olduğumuz oyunda məğlub olduq
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 1-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.
