2 avqust 2013 11:17
“Gefle evdə Bakıdakından daha yaxşı oynayacaq”
“Qarabağ”ın müdafiəçisi Maksim MedvedevAvropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibimiz müdafiədən oynayırdı. Onlar yalnız əks-hücumlarda qol vurmaq haqda düşünürdülər. Bu üzdən “Gefle”nin müdafiəsini yarmaq bizə çətinliklə başa gəlirdi. Buna nail olanda da həlledici zərbələrimiz dəqiq olmurdu. Top sadəcə qapıya girmək istəmirdi. Yalnız sonda bir şansdan yararlana bildik. Fikrimcə, bu qələbədən sonra qətiyyən arxayınlaşmaq olmaz. “Gefle” nə qədər yaxşı komanda olduğunu öz oyunu və nəticələri ilə göstərib. Onlar evdə Bakıdakından daha yaxşı oynayacaqlar”.
