2 avqust 2013 11:35
Nikolas Gelaşvili: Bəxt Geflenin tərəfində idi
“Qarabağ”ın hücumçusu Nikolas GelaşviliAvropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz erkən qol vurmağa çalışsaq da, buna nail ola bilmədik. Daha çox hücum etməyə, qol vurmağa cəhd göstərirdik. Əslində qol vəziyyətlərimiz də çox idi. Sadəcə, bəxt rəqibin tərəfində idi. “Gefle” də hücum edirdi. Amma fikrimcə, qələbəyə “Qarabağ” layiq idi. Rəqibin çox sürətli oyunçuları var. Onlar müdafiədən hücuma çox tez keçirlər. Biz artıq cavab görüşünü düşünməliyik. Bizim isveçliləri keçmək üçün yaxşı şansımız var”.
