2 avqust 2013 12:14
Azərbaycan yığması bu gün ilk oyununa çıxacaq
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız startda Avstriya komandası ilə qarşılaşacaq.
Polşanın Kendzejin-Kozle şəhərindəki "Kuzniçka" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
