2 avqust 2013 12:41

Rəşad Sadıqov: Şadam ki, biz cəmi bir qol vurduq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- Avroliqa çərçivəsində İsveç “Gefle”sinə qarşı ilk oyununuz (1:0) barədə nə deyə bilərsiz?
- Bilirdik ki, “Gefle” ilk oyunda müdafiə olunacaq. Amma onların bunu bu şəkildə, bütün komanda ilə edəcəyini düşünmürdük. Onlar elə ilk dəqiqələrdən təşəbbüsü ələ almağımıza imkan verdilər. Özləri isə tam müdafiəyə çəkilib, sadəcə əks-hücumlara bel bağladılar.
 
- Siz buna hazır idiniz?
- Bəli. Onlar meydana beş müdafiəçi ilə mübarizə aparırdılar. İkinci hissədə heyətimizdə bəzi dəyişikliklər oldu. Oyunun tempi daha da artdı. Qol vəziyyətlərimizin də sayı çoxaldı. Çox şadam ki, sonda qələbə qolunu vurmağı bacardıq.
 
- Qol vuracağınıza inanırdınız?
- Düzünü deyim ki, Reynaldonun da bir neçə zərbəsi hədəfə düşməyincə artıq qolsuz heç-heçəyə imza atacağımız və hər şeyin səfərdə həll olunacağı fikri ilə barışmağa başlamışdıq. Amma prinsipcə, bu bir qol çox şeyi dəyişmədi. Sadəcə, biz müəyyən üstünlük qazandıq. Çünki istənilən halda cavab görüşü bizim üçün çox çətin olacaq.
 
- “Qarabağ”dan cavab matçında nə gözləyək?
- Əgər biz səfərdə heç-heçə oynamaqla mərhələ keçmək barədə düşünsək, heç nəyə nail ola bilmərik. “Gefle” güman ki, ev oyununda qol vurmaq üçün daha açıq futbol oynamağa çalışacaq. Rəqibin heyətində ucaboy futbolçular çoxdular. Ona görə bu komandaya da qarşı “Piast”la cavab görüşündə olduğu kimi mübarizə aparmalıyıq.

- “Piast” daha yaxşı təsir bağışlamışdı, yoxsa “Gefle”?
- “Piast” həm özü oynayırdı, həm də rəqibə oynamaq imkanı verirdi. “Gefle” isə tam fərqli komandadı. Səviyyə cəhətdən polşalıların daha öndə olduğunu düşünürəm. Amma “Gefle”yə qarşı oynamaq daha çətindi.
 
- “Qarabağ”ın bu qədər qol epizodunu dəyərləndirə bilməməsi sizi məyus etmir ki?
- Futbolda hər şey olur. Belə oyunlarda hər qol epizodunu dəyərləndirmək mümkünsüzdü. Mən şadam ki, matç məhz 1:0 hesabıyla başa çatdı. Rəqibə 2-3 qol vuranda arxayınlaşırsan. Necə ki, “Gefle”nin əvvəlki rəqibi “Anorthosis” (Kipr) onlara 3:0 qalib gəldiyi halda səfərdə 4 top buraxıb mübarizəni dayandırdı. Rəqibin itiriləsi heç nəyi qalmayanda tam va-banka gedir.
 
- Yəqin ki, siz də “Gefle”ni yox, “Anorthosis”i gözləyirdiniz...
- Əlbəttə, onları gözləyirdim. Amma artıq bu, o qədər də vacib deyil. Bizə sadəcə pley-off mərhələsinə keçmək lazımdı. Heç növbəti mərhələdə də kiminlə oynayacağımız önəmli deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.