2 avqust 2013 20:21

Qəbələ Bakıya qalib gəldi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında yeni mövsümə startı verilib. Azerisport.az xəbər verir ki, ilk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə baş tutacaq çempionatın açılış günündə bir oyun keçirilib.
 
Paytaxtda baş tutan oyunda “Bakı” ilə “Qəbələ” qarşılaşıb. İki yeni baş məşqçi – Milinko Pantiçlə Yuri Syominin duelindən kimin qalib ayrılacağı maraqla gözlənilirdi. Görüşdə hesabı oyuna daha yaxşı başlayan meydan sahibləri açıblar. Amma ruhdan düşməyən qonaqlar sonadək mübarizə aparıblar və əzmkar qələbəyə imza atıblar.
 
Topaz Premyer Liqası
1-ci tur
2 avqust
 
Bakı - Qəbələ - 1:2 (1:0)
Qollar: M.Kalonas, 11 (1:0), V.Mendi, 61 (1:1), V.Mendi, 81 (1:2)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyundan öncə karyerasını başa vurmuş Ceyhun Sultanovun futbola kiçik vida mərasimi təşkil olunur
Mövsümün ilk oyunu başladı
2. Penanın baş zərbəsi qapıdan aralı keçir
6. Yenə Pena, yenə baş zərbəsi: bu dəfə də dəqiq alınmır
10. "Bakı" oyuna daha yaxşı başlayıb və ardıcıl təhlükəli vəziyyətlər yadadır
11. Meydan sahiblərinin təzyiqi nəhayət ki, qolla nəticələnir. Sağ cinahdan asmanı M.Kalonas başla qapıdan keçirir - 1:0
16. "Qəbələ" oyunda ilk təhlükəli qol vəziyyətini yaratsa da, istəyinə çata bilmir
19. A.Nəbiyev Kamanana qarşı kobud oyuna görə yeni mövsümdə sarı vərəqə alan ilk futbolçu olur
30. Oyun artıq daha çox meydanın mərkəzində keçir
35. "Bakı" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, qapıçı son anda qonaqları qoldan xilas edir
38. Dodonun zərbəsini A.Məmmədov tutur
40. "Bakı"nın korner vuruşu bəhrəsiz qalır
44. Meydan sahiblərinin növbəti kornerindən də qol səsi çıxmır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Kamananı Afolabi əvəzləyir
47. "Qəbələ"nin kornerdən qol vurmaq istəyi alnımır
52. Ebesilyonun təhlükəli cərimə zərbəsini A.Məmmədov kornerə çıxarır
53. Şoliç əks-hücumda qapıçı ilə üz-üzə qalsa da, yekun zərbəsi dəqiq alınmır
55. Dodonu Mendi əvəzləyir
58. Cərimə zərbəsi sonrası Levinin başla qapıya göndərdiyi top azca yan keçir
61. V.Mendi dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1
89. L.Silva sarı vərəqə ilə cəzalanır
70. C.Hüseynov N.Ələsgərov əvəzləyir
71. Şoliçin cərimə zərbəsi qapıdan azca yan keçir
73. Şoliçin növbəti zərbəsi qapı dirəyindən qayıdır
81. L.Silvanın əla ötürməsini Mendi dəqiq baş zərbəsiylə tora qovuşduru - 1:2
84. A.Şoliçi M.Horvat əvəzləyir
85. V.Abdullayevi R.Ristoviç əvəzləyir
85. E.Məmmədovun cərimə zərbəsi qapıdan yan keçir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
BAKI: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 24. Georgios Pelagias, 5. Aqil Nəbiyev (k), 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 23. Lukas Mario Horvat, 10. Aleksandar Şoliç, 19. Marius Pena, 20. Mindauqas Kalonas.
Ehtiyat oyunçular: 29. Kamran Ağayev, 26. Əziz Quliyev, 31. Vüqar Mustafayev, 17. Risto Ristoviç, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 21. Elvin Məmmədov.
QƏBƏLƏ: 27. David Petzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 15. Umar Kalaban, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Sadiq Quliyev, 8. Nizami hacıyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 21. Elmar Baxşıyev.

Turun digər oyunları: 3 avqust (“Simurq” – “Rəvan”, “Neftçi” – AZAL), 4 avqust – (“Sumqayıt” – “Xəzər Lənkəran”, “İnter” – “Qarabağ”)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.