3 avqust 2013 00:24
Viktor Mendi: Qələbəmizin davamını İnterlə oyunda da gətirməliyik
“Qəbələ”nin hücumçusu Viktor Mendinin Topaz Premyer Liqasının 1-ci turunun “Bakı” ilə oyunundan sonra azerisport.az saytına müsahibəsi
- Oyunla bağlı nə deyə bilərsiz?
- “Qəbələ” üçün əla start oldu. Biz yeni mövsümdə ilk üç xalı qazandığımız üçün şadıq. Ümid edirəm ki, bu uğuru növbəti oyunlarda da qazana biləcəyik.

- Komandanızın çıxışını necə qiymətləndirərdiniz?
- Bu, ilk oyun idi. Şübhəsiz ki, qarşıdakı oyunlara yaxşı əhval-ruhiyyədə çıxmaq üçün startda qələbə qazanmağımız gözəl oldu. Belə başlanğıc bizə gələcək matçlarda çox kömək edəcək. Artıq bütün diqqətlərimizi “İnter”lə növbəti oyuna yönəltməliyik.

- Qələbə qazansaz da, ilk hissədə daha çox müdafiə olunurdunuz...
- Mövsümün ilk oyunu həmişə çətin olur. Özü də nəzərə almaq lazımdı ki, biz səfərdə oynayırdıq. Rəqib də zəif komanda deyildi və qələbə qazanmaq istəyirdi. Eyni zamanda mümkündü ki, ilk 45 dəqiqədə bizim oyunumuz o qədər də yaxşı alınmadı. Amma fikrimcə, baş məşqçi Yuri Syomin bütün problemləri həll edəcək.

- Oyuna sonradan qoşulsaz da, dərhal hesabı bərabərləşdirdiniz, üstəlik qələbə qolunu da vurdunuz. Yəqin ki, buna görə çox sevinclisiz?
- Əlbəttə. Amma bu uğur hər birimizindi. İstənilən halda bu qolları komanda yoldaşlarımın köməyi sayəsində vura bildim. “Bakı” ilə oyun çox ağır keçdi. Qələbə qazanmaq çox vacib idi.

- “İnter”lə oyundan nə gözləyirsiz?
- O oyun da az əhəmiyyət kəsb etmir. Bu qələbəmizin davamını gətirməliyik. Bu, həm də bizim yeni mövsümdə ilk ev oyunumuz olacaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməliyik.

- Növbəti dəfə üç xal qazanmağı bacaracaqsız?
- Bu oyuna çox yaxşı köklənməli və diqqətli olmalıyıq. Çünki “İnter” yaxşı komandadı. Müdafiədə çox yaxşı oynayırlar. Qələbə qazanmaq üçün çox çalışmalıyıq.