2 avqust 2013 13:32

“Azərbaycandakı karyeramın uğurlu alınacağını düşünürəm”

“Rəvan”ın yeni transferi Sebastyan Kastro-Telyo Azərbaycan klubuna keçidindən danışıb. “Hammarbü”dən gələn isveçli futbolçu ölkəsinin mətbuatına bunları açıqlayıb:

“İlk növbədə menecerimə və mənim ölkə xaricində yeni klub tapmağıma yardımçı olmuş onun bütün həmkarlarına təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, Azərbaycandakı karyeram uğurlu alınacaq. Bu, mənim legioner kimi debütüm olacaq. İsveçdən kənarda özümü sınamağı çox istəyirdim”.
 
Kastro son klubunda uzun müddət idi ki, forma geymirdi. Onun baş məşqçi Qreq Berqalterlə münasibətlərinin pis olduğu iddia edilirdi. Lakin yarımmüdafiəçinin “Rəvan”a keçidi zamanı “Hammarbü”də baş məşqçi dəyişikliyi də oldu və komandanı Tomas Dennerbi çalışdırmağa başladı. Telyo bu məsələyə də münasibət bildirib: “Düzünü deyim ki, Berqalterlə münasibətlərimiz yaxşı idi. Bir-birimizə hörmət edirdik. Aramızda heç bir problem yox idi. Sadəcə, onun mənə niyə şans vermədiyi özüm üçün də qaranlıq olaraq qalır. Mənim komandaya kömək etməyim üçün baş məşqçinin şans verməsi vacib idi. Dennerbi ilə də söhbətimiz oldu. Özü də çox maraqlı keçdi. O, bildirdi ki, nə vaxtsa geri qayıtsam, məni qəbul etməyə şad olacaqlar. Mən həmişə “Hammarbü” üçün oynamaq istəmişəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.