2 avqust 2013 13:48
Bakı da iştirak ərizəsini PFL-ə təqdim etdi
“Bakı” Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün əsas komandanın sifariş vərəqəsini Peşəkar Futbol Liqasında təqdim edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu hələlik 24 futbolçu sifariş edib.
Onlardan üçü qapıçı, altısı müdafiəçi, on ikisi yarımmüdafiəçi, üçü də hücumçudu.
Qarşıdakı günlərdə bu siyahıya əlavələrin olması istisna deyil.
Qapıçılar: 1. Aqil Məmmədov, 13. Edin Nuredinoski, 29. Kamran Ağayev;
Müdafiəçilər: 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 5. Aqil Nəbiyev, 14. Elvin Əliyev, 24. Georgios Pelagias, 34. Şəhriyar Əliyev;
Yarımmüdafiəçilər: 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 10. Aleksandar Şoliç, 16 Xavyer Junior Vilson, 17. Risto Ristoviç, 18. Rubio Martinez, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov, 23. Lukas Horvat, 26. Əziz Quliyev, 27. Rəhman Hacıyev;
Hücumçular: 11. Rauf Əliyev, 19. Marius Pena, 20. Mindauqas Kalonas.
