2 avqust 2013 14:03
Nildo və Benuahi fərqləndi, Tounkara son nöqtəni qoydu
Bu gun Bakıya səfər öncəsi “Xəzər Lənkəran” səhər məşqi yerinə dünən olduğu kimi 50 dəqiqədən ibarət ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, əvəzedici heyətin bəzi futbolçularının da qatıldığı oyunda əsas heyət gözü ilə baxılan komanda 3:0 hesabı ilə qalib gəlib.
Duqlas Leyte ilk olaraq Nildonun penalti zərbəsini dəf etməyi bacarsa da, sonrakı dəqiqələrdə braziliyalı forvard Leyteni məyus etməyi bacarıb. Mərakeşli futbolçu Zoahirin aşırma vuruşunu isə görməyə dəyərdi. Son dəqiqələrdə Tounkara fərqlənməklə ikitərəfli oyunda son nöqtəni qoyub.
Bu gun Lənkəranı tərk edən “Xəzər Lənkəran” “Sumqayıt”la səfər oyunu üçün Bakıya yola düşüb. Komanda bu oyuna qədər paytaxtda məskunlaşacaq.
