2 avqust 2013 15:07
Nikolas Kanales Azərbaycana qayıdası olmadı
Azərbaycan çempionu “Neftçi”nin sabiq hücumçusu Nikolas Kanalesin bu mövsüm Premyer Liqamızda çıxış etməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, onun həm “Neftçi”yə qayıtmasına ümid bəsləyənlərin, həm də digər aparıcı klublarımızdan birinə keçidi gündəmdə olmasına baxmayaraq, çilili futbolçu ölkəsində qalmağa üstünlük verib.
Çili mətbuatının yazdığına görə, forvard artıq yerli “Universidad de Chile” klubu ilə anlaşıb. Tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər. Lakin danışıqlar hələ də davam edir və tezliklə müqavilə imzalanacaq.
