2 avqust 2013 15:32
Sumqayıt Neftçinin forvardını iştirak ərizəsinə daxil etdi
“Neftçi”nin 19 yaşlı gənc və perspektivli hücumçusu Elşən Abdullayev yeni mövsümdən etibarən “Sumqayıt” klubunda çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni komandasında 86 nömrəli formanı daşıyacaq Elşən Abdullayevin adı “Sumqayıt”ın sifariş vərəqəsinə əlavə edilib.
