2 avqust 2013 15:54
AZAL daha üç futbolçu sifariş etdi
AZAL 2013/14 mövsümü üçün PFL-ə təqdim etdiiyi sifariş ərizəsinə daha 3 futbolçunun adını salıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi yeni transferlərini sifariş edərək futbolçularının sayını 20-yə çatdırıb.
Belə ki, AZAL Murad Ağayevin, Aleksandr Şemonayevin və Emin Cəfərquliyevin adını PFL-ə təqdim edib. Aleksandr yeni klubunda 3, Murad 5, Emin isə 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, AZAL Ağayevlə Cəfərquliyevi “Sumqayıt”dan, Şemonayevi isə “Simurq”dan transfer edib.
AZAL-ın yeni transferlərindən Freddi Borq (Darmştadt, Almaniya) və Natiq Kəriminin (Ağsu) adı hələ siyahıya salınmayıb.
