2 avqust 2013 16:34
Miro Varvodiç: Şanslar hələ də bərabərdi
“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gefle” müdafiədən oynadı. Biz bunu öncədən də bilirdik. Onların da bir neçə təhlükəli vəziyyəti oldu. Amma biz bu oyunda daha güclü tərəf idik. İlk oyunda qalib gəldik. Amma şanslar hələ də bərabərdi”.
