2 avqust 2013 16:57
AZAL-da derbi öncəsi ciddi itki
Premyer Liqanın ilk turunda “Neftçi” ilə qarşılaşacaq AZAL bu oyunda meydana tam heyətlə çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, Cavid Tağıyev və Con Oluremi zədə səbəbindən qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, “Neftçi” – “AZAL” oyunu avqustun 3-də keçiriləcək və saat 20:00-da başlayacaq. Oyun “Bakcell Arena”da baş tutacaq.
