2 avqust 2013 17:55
Riçard Almeyda: Bu qədər qol epizodunu boşa verəcəyimizi təsəvvür etmirdik
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz rəqibin öncədən də bütün komanda ilə müdafiə olunacağını gözləyirdik. Amma bu qədər qol epizodunu boşa verəcəyimizi təsəvvür etmirdik. İlk hissədə təşəbbüs tamamilə bizim əlimizdə idi. İkinci hissədə isə “Qarabağ” daha yaxşı oyun sərgiləməyə başladı. Biz başa düşürdük ki, mütləq qol vurmalıyıq. Sona qədər çalışdıq. Lakin yalnız qol vurandan sonra hər şey yoluna düşdü”.
