3 avqust 2013 22:18
Ramil Əliyev: Rəqib yaratdığı qol epizodlarından yaxşı istifadə etdi
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 1-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Premyer Liqanın başlaması münasibəti ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzu edirəm. Bu gün 3 xal qazanmalı idik, təəssüf ki, alınmadı. Rəqib yaratdığı qol epizodlarından yaxşı istifadə etdi və qalib gəldi. Artıq növbəti oyuna hazırlaşacağıq”.
