3 avqust 2013 22:23
“İlk oyunda qalib gəlmək vacib idi”
“Simurq”un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 1-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yeni mövsümün başlaması münasibəti ilə hamınızı təbrik edirəm. Bu, bir bayramdır. İlk oyunlar adətən çətin olur. Rəqib də, bizim komanda da yaxşı mübarizə apardı. Maraqlı oyun oldu, qələbə qazandıq. İlk oyunda qalib gəlmək vacib idi”.
