3 avqust 2013 22:30
Vaqif Sadıqov: Cinahları bağlaya bilmədik
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 1-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Oyuna ciddi hazırlaşmışdıq, lakin cinahları bağlaya bilmədik, 1:4 hesabı ilə məğlub olduq. İkinci hissədə heyətdə dəyişikliklər etdik, lakin istədiyim əvəzetmələri edə bilmədim. Bəzi oyunçularımızın transfer vərəqəsi hələ gəlmədiyi üçün onlardan yararlana bilmədim”.
