3 avqust 2013 22:48
Tərlan Əhmədov: Oyunumuzda da çatışmazlıqlar var
“Neftçi”nin baş məşqçisi funksiyasını yerinə yetirən Tərlan Əhmədov Topaz Premyer Liqasının 1-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionlar Liqasındakı uğursuzluqdan sonra komanda öz imicini geri qaytarmalı idi. İlk oyunda qələbə qazanmalı idik. AZAL-ı yaxşı tanımırıq, oyununa bələd deyilik. Bizim oyunumuzda da çatışmazlıqlar var, xəttlərarası əlaqələr ürəkaçan deyil. Hər halda, qalib gəldik. Qələbəyə sevinirik”.
