4 avqust 2013 00:04
AFFA nümayəndəsi AZAL ilə oyunda Neftçinin əməkdaşlarından narazı qaldı
Topaz Premyer Liqasının 1-ci turunun “Neftçi” – AZAL matçında AFFA nümayəndəsi olan Qürbət Həsənov meydan sahiblərinin təşkilatçılığından narazı qalıb. Azerisport.az xəbər verir ki, buna “ağ-qaralar”ın təhlükəsizlik xidmətinin işçilərinin qadağan olunmuş yerlərdə görünməsi səbəb olub.
Belə ki, Peşəkar Futbol Liqasının yeni mövsümdən tətbiq etdiyi qaydalara görə, mühafizəçilər tribunanın altında oyunçuların hərəkət etdiyi ərazilərdə, paltardəyişmə otaqlarında yer almamalıdılar. Amma “Neftçi”nin işçiləri bu qaydalara əməl etməyiblər. Bu üzdən paytaxt klubunun cəzalanması istisna olunmur. Mümkündü ki, bununla bağlı AFFA “ağ-qaralar”a xəbərdarlıq etsin.
