3 avqust 2013 11:35
Xəzər Lənkəranda kamerunlu hüçumçu
Premyer Liqanın 1-ci turu çərçivəsində sabah, avqustun 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda yerli “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək. Azerisport.az xəbər verir ki, dünən doğma şəhəri tərk edərək Bakıya yollanan komanda paytaxtın “Modern” otelində məskunlaşıb.
“Xəzər Lənkəran” oyun öncəsi son məşqini qarşılaşmanın baş tutacağı arenada keçirəcək.
Klubun ofisində Mbilya Etame ilə danışıqlar davam edir. Danışıqların sonu müsbət nəticələnsə, kamerunlu hüçumçu ilə iki illik müqavilə imzalanması gözlənilir. (12-ci oyunçu)
