3 avqust 2013 13:14
Simurq Rəvanla oyuna hazırdı
“Simurq” bu gün Topaz Premyer Liqasının 2013/14-cü il mövsümünə start verəcək. Azerisport.az xəbər verir ki, ilk turda "Simurq"un rəqibi paytaxtın "Rəvan" klubu olacaq.
Qarşılaşma doğma arenada aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədar Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 18:30-da start götürəcək.
"Simurq" artıq bu görüşə tam hazırdı. Dünən oyun öncəsi son məşqinə çıxan "sarı-qaralar" baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında qarşılaşmanın oynanılacağı stadionda bir saatdan artıq yekun işləri görüb. İsinmə hərəkətlərindən sonra qruplar halında "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar, onların tamamlanması və qapıya zərbələr məşq edilib.
